4 dekabr 2012 13:59
AFFA daha bir hakim səhvi aşkarladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Qarabağ” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitə atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qarabağ” – “Turan” matçında “Turan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” matçında “Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçının 34-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Pitə simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Adrian Pitə göstərilən sarı vərəqə ləğv edilib.
