4 dekabr 2012 14:25
Xəzər Lənkəranın üzvü öz komanda yoldaşını təhqir etdiyinə görə sərt cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə də bağlı müəyyən qərarlar qəbul edilib.
“Turan” – “Xəzər Lənkəran” matçının 90+3-cü dəqiqəsində “Turan”ın futbolçusu Andrey Popoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 116-cı dəqiqəsində “Xəzər Lənkəran”ın üzvü Elnur Abdullayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
