4 dekabr 2012 14:56
Çempionatımızda ev sahibi olan komanda oyuna çıxmadı, texniki məğlubiyyət aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə də bağlı müəyyən qərarlar qəbul edilib.
U-17 Liqanın “Kəpəz” – “Rəvan” matçının 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Cavid Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-17 Liqanın “Simurq” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Simurq”un futbolçusu Rəhman Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
U-16 Liqanın “Neftçi” – “Qəbələ” matçının 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İbrahim Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-16 Liqanın AZAL – “Bakı” matçının 68-ci dəqiqəsində AZAL-ın futbolçusu Muxtar Əliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqanın UGİM (Ağdaş) – “Simurq” matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqanın “Ağdam” – “Rabitəçi” matçının 43-cü dəqiqəsində “Rabitəçi”nin futbolçusu Ceyhun Əzizov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
U-14 Liqanın “Lerik” – TİM (Lənkəran) matçının 40-cı dəqiqəsində TİM (Lənkəran) klubunun futbolçusu Ramin Əlizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqanın “Fizuli” – UGİM (Saatlı) matçının 36-cı dəqiqəsində UGİM (Saatlı) klubunun futbolçusu Fərid Əsgərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-13 Liqanın UGİM (Ağdaş) – “Qəbələ” matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
