4 dekabr 2012 15:09
Tuyqun Nadirov: İnitzam Komitəsinin qərarı düzgün deyil
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov AFFA İntizam Komitəsinin Elnur Abdullayevi üç oyunluq cəzalandırmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu futbolçu barədə ölçü götürmüşük. Lakin onun necə cəzalandırıldığını açıqlamayacağam. Çünki bu, komandadaxili məsələdi. Futbolçu özünü ələ almağı bacarmalıdı. Amma bu, o demək deyil ki, AFFA İK doğru qərar çıxarıb. Ümumiyyətlə, bu münaqişəyə orda baxılmamalıdı. Həm “Turan”la kubok, həm də AZAL-la son oyunumuzda hakimlik çox aşağı səviyyədə idi. Adrian Pitə səhvən simulyasiyaya görə sarı vərəqə göstərilmişdi. İK da bunu təsdiqlədi. Karles Bakesin rəhbərliyi altında üç oyuna iki məğlubiyyətə gəlincə, onun işinə indidən qiymət vermək hələ çox tezdi”.