4 dekabr 2012 15:48

“Bakı elə işlərlə məşğul olsaydı, 10-cu yerdə getməzdi”

“Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Bakı”nın son oyunlardakı çıxışını necə qiymətləndirirsiz?
- Komanda son turlar pis oynamır. Görünür, son toplanış futbolçuları ayıldıb. Komanda çox pis vəziyyətdə idi. İndi isə özümüzə gəlirik. Lakin biz hələ liderlərdən çox geri qalırıq. Hələ çox oyunda qələbə qazanmağımız lazımdı. Qarşıdakı “Xəzər Lənkəran”la çətin oyun da istisna deyil.
 
- Bu oyundan nə gözləyirsiz?
- “Xəzər Lənkəran” yaxşı komandadı. Əla heyətə malikdi. Bu iki komanda arasındakı oyunlar həmişə gərgin keçir. Hazırda bizə qələbə haqda düşünmək çox çətindi. Lakin Lənkərana məhz bunun üçün gedirik. Komandamızda hücumçu problemi var. Yeganə istəyim ədalətli hakimlikdi. “Neftçi”ylə oyunumuzu idarə edən Elçin Məmmədov kimi hakimlər bizə lazım deyil. Biz məğlub ola bilərik. Amma layiq olduğumuz halda. Hakimlər neytral olmalıdılar.
 
- “Bakı” həmin oyunla bağlı AFFA-ya şikayət etməyib?
- Xeyr. Çünki heç nə dəyişən deyil. Belə məsələlərlə bağlı bir neçə dəfə quruma müraciət ünvanlamışıq. Heç bir xeyri olmayıb. Futbolçularımızdan həmişə öz oyunlarını sərgiləməyi tələb etmişik. Hətta hakim bizi sıxışdırdığı oyunlarda da bütün qaydalara əməl etməyimiz lazımdı. Biz yalnız öz gücümüzə inanırıq, güvənirik. Komandamızın hədəfləri də dəyişməz olaraq. “Bakı” çempionluğa oynayır.
 
- Mətbuatda “Qəbələ”nin “Bakı”ya qəsdən uduzduğu barədə məlumatlar yayılmaqdadı...
- Bunu kimin belə yazmasını bilmirəm. Görünür, kimlərsə bizim başqa klublarla münasibətlərimizin korlanmasını istəyir. Amma belə işlərlə nə “Bakı”, nə də “Qəbələ” məşğul olur. Əgər belə işlərlə məşğul olsaydıq, indi 10-cu yerdə getməzdik.
 
- “Bakı”nın qışda Beçerra və Mantsiosu yola salacağı bildirilir...
- Hər iki futbolçu “Bakı”nın əvəzedici komandasındadı. Keçmiş kapitan Cəmşid Məhərrəmov da əsas komandadan kənarda qalıb. Hamısının klubla müqavilələri var. Qışda hamısıyla danışıb, yekun qərara gələcəyik. Mümkündü ki, klubdan getsinlər. Bütövlükdə, komandanı dəyişikliklər gözləyir.
 
- “Bakı”nın Kamran Ağayev və Aqil Nəbiyevlə maraqlandığı haqda xəbərlər düzdü?
- Hazırda bütün diqqətimiz çempionata yönəlib. Transferlər barədə fasilə zamanı düşünməyə başlayacağıq. “Bakı” hələ heç kimlə danışıq aparmır.
 
- “Bakı”ya məxsus qapıçı Andrey Popoviç içki içdiyinə görə “Turan”dan qovulub. Klubunuz bununla bağlı hansı addımı atmağa hazırlaşır?
- Biz onu buraxdıq ki, “Turan”da oynasın. Amma o, bunun əvəzində içkiyə qurşanıb. Əgər baş məşqçi onun intizamından narazıdırsa, deməli, bu futbolçu özünü normal apara bilmir. Özü də bu, onun ilk belə səhvi deyil. Belə olaylar komandamızın imicinə zərbə vurur. Mən şəxsən klub prezidenti Hafiz Məmmədovdan xahiş edəcəm ki, Andreyin xidmətindən imtina etsin. Qoy gedib özünə yeni iş yeri tapsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.