4 dekabr 2012 16:08
Hakimləri söyən futbolçuya 4 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə Azərbaycan çempionatlarının oyunları ilə də bağlı müəyyən qərarlar qəbul edilib.
2 dekabr 2012-ci il tarixində keçirilən futzal üzrə birinci divizionun “Baku Fire” – “Metro AİR” matçının 12-ci dəqiqəsində “Metro AİR” klubunun fubolçusu Vüsal Heybətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Oyunun 22-ci dəqiqəsində “Metro AİR” klubunun futbolçusu Mirzə Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
Oyunun 22-ci dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Elnur Adıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
2 dekabr 2012-ci il futzal üzrə birinci divizionun “Xəzri” – “Ağdaş” matçının 9-cu dəqiqəsində “Ağdaş” klubunun futbolçusu Əli Hüseynov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
2 dekabr 2012-ci il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Rabitə” – “Baku Fire” matçının 40-cı dəqiqəsində “Rabitə” klubunun futbolçusu Vüqar Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
