5 dekabr 2012 17:22
Xəzər Lənkəranın futbolçusu əff edildi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Xəzər Lənkəran”ın müraciətinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran”ın qapıçısı Kamal Bayramov barədə qərarı qismən dəyişdirilsin. Qapıçı Kamal Bayramov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Kamal Bayramov analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
