5 dekabr 2012 17:58
Berti Foqts Lənkərana gedir
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dekabrın 6-da Lənkərana gedəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis həmin gün Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək Topaz Premyer Liqasının 6-cı turundan təxirə salınmış "Xəzər Lənkəran" - "Bakı" oyununu izləyəcək.
