5 dekabr 2012 18:23
Qarabağ Kəpəzlə oyuna tam heyətlə hazırlaşır
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Kəpəz"lə qarşılaşacaq "Qarabağ" bu oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, cəmi bir həftə öncə Gəncədə, kubok çərçivəsində üz-üzə gələn tərəflər bu dəfə ölkənin mərkəzi arenasında qarşılaşacaqlar.
"Qarabağ" "Kəpəz"lə oyuna tam heyətlə hazırlaşır. "Neftçi"ylə oyunda Qara Qarayev ayağından xəsarət alsa da, yarımmüdafiəçinin vəziyyətinin ciddi olmadığı aşkarlanıb. 20 yaşlı Qara bu gün 13:30-da Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada iştirak edib.
Qurban Qurbanovun komandası sabah sonuncu çalışmayla "Kəpəz"lə oyunun hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu dekabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.
