5 dekabr 2012 21:12
Stramaççoni: Neftçi ilə oyunda qələbə bizim üçün vacibdi
İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni Avropa Liqasınının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim üçün bu oyunda qələbə çox vacibdi. Ona görə də qalib gəlməyə çalışacağıq. Antonio Kassanoya oynamaq şansı vermək istəyirəm. Fikrimcə, o, “Neftçi”yə qarşı bir neçə dəqiqə oynaya bilər. Kassanonun A Seriyasının növbəti turuna qədər tam hazır olacağını düşünürəm”.

Qeyd edək ki, italiyalı jurnalistlər Stramaççoniyə bu mətbuat konfransında “Neftçi”ylə oyundan daha çox, hazırda yaxşı münasibətlərə malik olmadığını komandanın hollandiyalı futbolçusu Uesli Sneyder haqda suallar verilib.