5 dekabr 2012 21:45
Xəzər Lənkəran - Bakı oyunu canlı yayımda
Topaz Premyer Liqasının 6-cı turunun “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd edək ki, görüş saat 16:00-da start götürəcək.
6 dekabr (cümə axşamı)
“Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
