5 dekabr 2012 11:09
Cavid İmamverdiyev: İnterə qol vurmaq üçün əlimdən gələni edəcəm
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə oyun ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun ərəfəsində komandada atmosfer necədi?
- Normaldı. Qrup mərhələsinin həlledici oyununda uğurlu çıxış etməyə çalışacağıq.

- Hansı nəticəyə ümid etmək olar?
- Belə bir rəqibə qarşı bütün gücünü meydanda qoymaq vacibdi. Çünki bizim hələ də nail olmaq istədiyimiz nəsə qalmaqdadı.

- Nəyi nəzərdə tutursuz?
- Üçüncü yerə çıxmağı. Bunun üçün ya “İnter”i məğlub etməliyik, ya da heç-heçəyə nail olmalıyıq.

- “Cüzeppe Meatsa”da fərqlənməyə hazırsız?
- Əgər əsas heyətdə yer versələr, əlimdən gələni edəcəm. Belə bir stadionda qol vurmaq mənim üçün böyük bir qürur olardı. Lakin hazırda mən hələ əvvəlki formamı bərpa etməklə məşğulam.

- Bəs əsl İmamverdiyevi nə vaxt görəcəyik?
- Fikrimcə, bunun üçün qış təlim-məşq toplanışını gözləmək lazım gələcək. Ondan sonra hər şey qaydasına düşməlidi. Komandama xeyir vermək istəyirəm. İnanıram ki, bizim daha böyük zəfərlərimiz hələ irəlilədi.

- Təsadüfən İtaliya futbolunun azarkeşi deyilsiz?
- Xeyr. Kalço mənlik deyil. Amma belə stadionda oynamağı çox istəyirəm.

- Sizcə, “İnter” “Neftçi”yə qarşı hansı heyətlə oynayacaq?
- Heyətdən asılı olmayaraq, onların qələbəyə oynayacağını düşünürəm. İnanmıram ki, rəqib düşərgədə hansısa arxayınlıq da olsun. Özü də onların hansı heyətlə oynayacağı barədə çox düşünmək istəmirəm. Bizi öz oyunumuz düşündürməlidi.