5 dekabr 2012 11:18
Nazim Süleymanov Neftçinin İnterlə oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov İtaliyaya gedib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 6-da İtaliyanın Milan şəhərində keçiriləcək "İnter" (İtaliya) - "Neftçi" oyununu izləyəcək.
