5 dekabr 2012 11:55
Nazim Süleymanov: Ümid edirəm ki, İnter – Neftçi matçı azarkeşlərimizi sevindirəcək
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Neftçi” (Azərbaycan) matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, “Cüzeppe Meatsa” stadionunda canlı izləyəcəyi görüşlə ərəfəsində bunları dilə gətirib:
“İnter” – “Neftçi” matçında iştirak etmək çox xoş olacaq. Mənim vəzifəm yığmaya namizəd bütün futbolçuların çıxışını izləməkdi. Bu vəzifə Berti Foqts tərəfindən qarşıya qoyulub. Ümid edirəm ki, bu qarşılaşma maraqlı olacaq və Azərbaycan azarkeşlərini sevindirəcək”.