6 dekabr 2012 00:01
“Milanda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”
“Neftçi”nin müdafiəçisi Tərlan Quliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Milanda keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Partizan”la oyun mənim Avropa Liqasındakı debüt matçım idi. Amma həmin görüşdən sonra daha bir neçə oyunda meydana çıxmışam. Odu ki, artıq məndə əvvəlki kimi həyəcan olmur. Çalışacağıq ki, Milanda özümüzü yaxşı tərəfdən göstərək”.