6 dekabr 2012 00:24
Böyükağa Hacıyev: İnanın ki, Neftçi Milanda 1 xal qazanacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Milanda keçirilən mətbuat konfransında öncə bunları dilə gətirib:
- Mətbuat konfransına iki müdafiəçi gətirməyim “İnter”lə oyunda müdafiə taktikasına üstünlük verəcəyimiz anlamına gəlmir. Mən bu futbolçulara güvənirəm. Eyni zamanda həmişə hücum futboluna üstünlük verirəm. Son turun “Qarabağ”la oyununda da hücum futbolu sərgilədik. Baxmayaraq ki, məğlub olduq.
- “İnter”lə oyundan nə gözləyirsiz?
- Əlbəttə, İtaliya futbolu çox güclüdü. Amma insanlar hər yerdə eynidi. İnanın ki, “Neftçi” bu oyunda 1 xal qazanacaq. Əks halda biz bura niyə gəlmişik? Bu görüşdə ən yaxşı oyunumuzu sərgiləyəcəyik. Yaxşı və perspektivli gənclərimiz var. Dekabrın sonunda onlarla hansı klubların maraqlandığını da sizə deyəcəm. Bu barədə indi açıqlama versəm, onları korlamış olaram.

- “Neftçi”nin hazırda cəmi iki xalı var. Bu, sizin üçün yaxşı nəticədi?
- Fikrimcə, buna siz qiymət verməlisiz. Mən yaxşı tənqidin tərəfdarıyam. Bu, həyatdı. Allah eləsin ki, gələn il bizim digər məşqçilərimiz də bizim bu uğurumuzu təkrarlasınlar. Buna ikiqat sevinərəm.
- Fikrimcə, buna siz qiymət verməlisiz. Mən yaxşı tənqidin tərəfdarıyam. Bu, həyatdı. Allah eləsin ki, gələn il bizim digər məşqçilərimiz də bizim bu uğurumuzu təkrarlasınlar. Buna ikiqat sevinərəm.
- Sizcə, “İnter” bu oyunda ikinci heyətlə çıxış edə bilər?
- Bizim üçün heç bir fərqi yoxdu. Biz istənilən halda öz futbolumuzu oynamağa çalışacağıq. Bunu rəqibin əsas və ya əvəzedici heyətinə qarşı etməyimizin fərqi yoxdu.