5 dekabr 2012 12:37
Böyükağa Hacıyevin meneceri Rusiya klubları ilə danışıqlara gedir
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin meneceri Rusiyaya səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssisin agenti dekabrın 10-da Moskvaya gedəcək.
Bu səfərdə məqsəd Hacıyevin xidmətində maraqlı olan iki Rusiya klubunun nümayəndələri ilə danışıqlar aparmaqdı.
Qeyd edək ki, Hacıyevin “Neftçi” ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
