5 dekabr 2012 12:54
Azərbaycan Rusiyaya rəqib oldu
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Yığmamız 10-cu qrupda Rusiya, Slovakiya və İslandiya komandaları ilə mübarizə aparacaq.
