5 dekabr 2012 14:19
Azərbaycan İrlandiya, İsveç və Bosniya ilə qarşılaşacaq
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Belə ki, yığmamız 3-cü qrupda İrlandiya, Bosniya və Herseqovina və İsveç komandaları ilə mübarizə aparacaq.
