5 dekabr 2012 14:36
Azərbaycanın oyunlarının vaxtı və məkanı bəlli oldu
Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, artıq hər iki komandamızın oyunlarının keçiriləcəyi ölkələr və qarşılaşmaların vaxtı müəyyənləşib.
U-17-nin oyunları (10-cu qrup: Rusiya, İslandiya, Slovakiya, Azərbaycan) 2013-cü il sentyabrın 21-dən 26-dək Rusiyada, U-19-un qarşılaşmaları isə (3-cü qrup: İrlandiya, Bosniya və Herseqovina, Azərbaycan, İsveç) 2013-cü il oktyabrın 10-dan 15-dək İsveçdə keçiriləcək.
