6 dekabr 2012 02:37
“Xəzər Lənkəranı məğlub etmək üçün bizə tribunaların dəstəyi lazımdı”
"Simurq"un bosniyalı müdafiəçisi Dilavər Zrnanoviç "Xəzər Lənkəran"la oyun öncəsi klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu zaqatalalı futbolsevərləri bu qarşılaşmada komandaya dəstək olmağa çağırıb:
"Son iki oyundan sonra futbolçuların əhval-ruhiyyəsi çox yaxşıdı. Hazırda bütün komanda var gücüylə qarşıdakı "Xəzər Lənkaran"la oyuna hazırlaşır və bütün diqqəti bu qarşılaşmaya yönəldib. Azərkeşlərin köməyi ilə bu matçda da rəqibi məğlub etmək istəyirik. Bunun üçün bizə tam doldurulmuş tribunaların dəstəyi lazımdı. Bu oyunda zaqatalalı azərkeşlər bizim 12-ci oyunçumuz olacaq".
