6 dekabr 2012 02:41
Qəbələ Sumqayıt matçının hazırlıqlarını davam etdirir
"Qəbələ" Premyer Liqanın 16-cı turu çərçivəsində dekabrın 8-də baş tutacaq "Sumqayıt"la səfər matçının hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, heyətində zədəli və cəzalı futbolçu olmayan komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.
"Qəbələ" bu gün səhər məşqinin ardından paytaxta yollanacaq. Millinin düşərgəsində olan Rövşən Əmiraslanov və Ürfan Abbasov komandaya Bakıda qoşulacaq. “Qəbələ” “Sumqayıt” matçı öncəsi son məşqini paytaxtda keçirəcək.
