7 dekabr 2012 01:55
Neftçi Milandan tarixi heç-heçə ilə qayıdır (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin altıncı turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə son oyununa çıxıb.
Böyükağa Hacıyevin yetirmələri həlledici görüşünü səfərdə İtaliyanın “İnter” klubuna qarşı keçirib. Qeyd edək ki, "İnter" Bakıdakı görüşdə komandamızı 3:1 məğlub etmişdi. Amma Böyükağa Hacıyevin yetirmələri çətin səfərdə matçında çoxlarının gözləmədiyi halda tarixi bir nəticəyə imza ataraq, "İnter" kimi rəqiblə heç-heçə etməyi bacarıb.
Avropa Liqası
H qrupu
6 dekabr
İNTER (Milan) - NEFTÇİ - 2:2 (1:0)
Qollar: M.Livaya, 9 (1:0), R.Sadiqov, 52 (1:1), M.Livaya, 54 (2:1), N.Kanales, 90 (2:2)
Milan. Cüzeppe Meatsa stadionu.
Baş hakim: Emir Aleçkoviç (Bosniya və Herseqovina).
Oyun başladı
5. "Neftçi" ilk dəqiqələrdən fəallıq nümayiş etdirməyə çalışır
8. Həmişə dolu görməyə alışdığımız "Cüzeppe Meatsa" stadionu bu gün demək olar ki, boşdu. Tribunalara cəmi 5-6 min azarkeş toplaşıb
9. M.Livaya müdafiə xəttimizin kobud səhvindən yararlanaraq, hesabı açır - 1:0
15. Romano Bertuççiyə qarşı kobudluğa görə sarı vərəqə alır
16. "Neftçi" qola yaxın olsa da, Cavidin zərbəsi kornerlə nəticələnir
17. Komandamızın korner vuruşundan qol səsi çıxmır
23. "Neftçi" cərimə zərbəsi qazansa da, Bertuççi çox uğursuz yerinə yetirir
28. Meydan sahiblərinin cərimə zərbəsi zamanı Samuelin təhlükəli baş zərbəsi qapıdan azca yan keçir
30. Oyun daha çox meydanın mərkəzində keçir və tərəflər çoxlu qol epizodları yarada bilmirlər
35. "Neftçi"nin hücumda oyunu istənilən səviyyədə alınmır
40. "İnter" topa daha çox nəzarət edir
45. İlk yarıya əlavə vaxt təyin olunmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "İnter"də Samueli Kassano əvəzləyir
46. "Neftçi"də isə M.Şükürovu E.Mehdiyev əvəzləyir
52. R.Sadiqov cərimə meydançası həndəvərindən effektli zərbə ilə hesabı bərabərləşdirir - 1:1
53. "İnter"də qoldan dərhal sonra Qarritanonun əvəzində Naqatomo oyuna daxil olur
54. Komandamızın sevinci uzun sürmür. Məhz oyuna yenicə girən Naqatomonun cinah ötürməsi zamanı Saşanın çıxışda səhfə yol verməsindən yararlanan Livaya özünün və komandasının ikinci qolunu vurur - 2:1
56. "İnter" az qala üçüncü qolu vuracaqdı. Son anda Bertuççi topu boş qapıdan çıxarır
62. C.İmamverdiyev kobud oyuna görə sarı vərəqə alır
63. "İnter"də Conatanı Bandini əvəzləyir
68. "İnter" kornerdən yararlana bilmir
69. Bertuççinin uzaqdan qol vurmaq istəyi baş tutmur
73. Bertuççi komandasını növbəti qoldan xilas edir. Halbuki, italyanlar bu epizodda topun qapı xəttini keçdiyini də iddia edə bilərlər
77. R.Sadiqovu M.Seyidov əvəzləyir
83. "İnter" daha iki korner yerinə yetirsə də, müdafiə xəttimiz sayıqdı
84. Flavinyo inanılmaz qol epizodunu boşa verir
86. Vobayın zərbəsi qapıdan yan keçir
88. Naqatomonun zərbəsi zamanı top qapı tirindən qayıdır
89. Livaya sarı vərəqə almaqla da diqqət mərkəzinə düşür
90. QOOOOOOL!!!! Bertuççinin zərbəsini Beleç dəf etsə də, Kanales təkrar zərbə ilə topu tora qovuşdurur - 2:2
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. M.Seyidov sarı vərəqə alır
90+2. C.İmamverdiyevi A.Abdullayev əvəzləyir
Matç başa çatdı
İNTER: Vied Beleç, Valter Samuel, Alvaro Pereyra, Conatan, Esteban Kambyasso, Marko Benasi, Simone Paza, Andrea Romano, Luka Qarritano, Koutinyo, Marko Livaya.
Ehtiyat oyunçular: Luka Kastellatsi, Andrea Bandini, İsaak Donkor, Yuto Naqatomo, Nikkolo Belloni, Covanni Terrani, Antonio Kassano.
NEFTÇİ: Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.
Ehtiyat oyunçular: Emil Balayev, Elvin Yunuszadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Bahodir Nasimov, Kamil Nurəhmədov, Emin Mehdiyev.
| 1 | Rubin | 6 | 4 | 2 | 0 | 10 | 3 | +7 | 14 |
| 2 | Inter | 6 | 3 | 2 | 1 | 11 | 9 | +2 | 11 |
| 3 | Partizan | 6 | 0 | 3 | 3 | 3 | 8 | –5 | 3 |
| 4 | Neftçi | 6 | 0 | 3 | 3 | 4 | 8 | –4 | 3 |
