6 dekabr 2012 17:49

Xəzər Lənkəran Bakı ilə ev oyununda da qələbə qazana bilmədi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” – “Bakı” ilə üz-üzə gəlib.

Qeyd edək ki, hər iki komanda cari mövsümdə qeyri-sabit çıxışı ilə seçilir. Bu mənada xüsusilə “Bakı”nın son pillələrdə qərarlaşması diqqət çəkir. Amma bir müddət öncə bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qələbəni məhz “zolaqlılar” qazanmışdılar – 2:0. Bu üzdən də Karles Bakesin yetirmələri doğma azarkeşlərinin gözü qarşısında həmin yenilginin qisasını almağı hədəfləmişdi.

Amma bu görüşdə də hesabı məhz bakılılar açıbar. Cənub təmsilçisi yalnız məğlubiyyətdən xilas olmağına sevinə bilib.
 
Topaz Premyer Liqası
6-cı turun oyunu
6 dekabr
 
XƏZƏR LƏNKƏRAN – BAKI - 1:1 (0:0)
Qollar: A.Şoliç, 78 (0:1), R.Əmirquliyev, 83 (1:1)
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Diniyev.
Lənkəran. Şəhər mərkəzi stadionu.
 
Oyun başladı
5. Hər iki komanda oyuna fəal başlayıb. "Bakı" da ilk dəqiqələrdən hücumlar qurur
10. "Bakı" güclü pressinq tətbiq etməklə meydan sahiblərini elə mərkəzdə qarşılayır
15. XL getdikcə təzyiqi artırır
20. Rahidin qüvvətli zərbəsini Nuredinosko kornerə çıxarır
21. XL kornerdən yararlana bilmir
22. R.Abışov təhlükəli hücum zamanı topu boş qapıya göndərə bilmir
25. Rahidin daha bir uzaqdan zərbəsi qapıdan yan keçir
27. Todorovun uzaqdan zərbəsi təhlükəli olsa da, dəqiq deyil
29. Pitin qapıya yol tapmaq istəyi baş tutmur
30. XL daha bir korneri boşa verir
37. Juninyo təhlükəli əks-hücum zamanı qapıya yaxşı zərbə endirə bilmir
42. Skarlatake ilk sarı vərəqə alan futbolçu olur
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Cənublular fasilədən sonra da hücumlarını davam etdirirlər və daha fəaldılar
52. Tounkara da sarı vərəqə ilə cəzalanır
57. N.Kovaçeviç topu boş qapıdan çıxarmaqla komandasını qoldan xilas edir
58. Ə.Quliyev də sarı vərəqə alır
62. Nuredinoski daha bir möhtəşəm reaksiya ilə komandasını qoldan xilas edir. Cənubluların korner vuruşu isə bəhrəsizdi
62. R.Abbasovun təhlükəli zərbəsi qapıdan yan keçir
63. "Bakı"da Çesnauskini A.Şoliç əvəzləyir
64. Kovaçeviç də cəzalı duruma düşür
67. V.Əliyev heç bir qayda pozuntusunu bağışlamır: Todorov da sarı vərəqə aldı
69. R.Abışovun cərimə zərbəsi qapıdan azca yan keçir
70. L.M.Horvatın əvəzində meydana N.Novruzov çıxır
73. Alvizin əvəzində meydana E.Abdullayev çıxır
78. "Bakı"nın əvəzetmələri özünü doğrultdu: A.Şoliç məhz özü kimi sonradan oyuna daxil olmuş Novruzovun cinah ötürməsini bir toxunuşla qola çevirir - 0:1
81. E.Nuredinoski sarı vərəqə alır
83. E.Allahverdiyevin cinah ötürməsini Rahid başla tora qovuşdurur - 1:1
85. V.Skarduelli sarı vərəqə ilə cəzalanır
87. Orxan Sadıqlı qonaqların yenidən hesabda önə keçməsinə mane olur
88. "Bakı"da son əvəzləmə: R.Abbasovu M.Verpakovski əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 20. Elnur Cəfərov, 55. Ağabala Ramazanov.
BAKI: 82. Edin Nuredinoski, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 29. Əziz Quliyev, 2. Edemir Rodriqes, 11. Elvin Məmmədov (k), 24. Nenad Kovaçeviç, 10. Lukas Mario Horvat, 8. Xavyer Junior Vilson, 7. Deyvidas Çesnauski, 17. Ramazan Abbasov.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 23. Maris Verpakovski, 77. Aleksandar Soliç, 19. Nurlan Novruzov, 14. Elvin Əliyev, 18. Tural Qürbətov.
 
1 İnter 14 7 5 2 15 6 +9 26
2 Simurq 15 7 5 3 17 9 +8 26
3 Qarabağ 15 6 6 3 19 15 +4 24
4 Qəbələ 15 6 4 5 18 17 +1 22
5 Neftçi 12 7 0 5 26 15 +11 21
6 XL 15 5 5 5 20 14 +6 20
7 AZAL 14 5 5 4 19 15 +4 20
8 Turan 15 5 4 6 19 20 –1 19
9 Bakı 14 3 8 3 14 11 +3 17
10 Rəvan 15 4 4 7 14 23 –9 16
11 Sumqayıt 15 3 5 7 12 28 –16 14
12 Kəpəz 15 2 3 10 9 29 –20 9
 
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.