5 dekabr 2012 15:06
Arif Əsədov: Mərhələ adlamağa çalışacağıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-19) baş məşqçisi Arif Əsədov AÇ-2014-ün seçmə mərhələsinin bu gün baş tutan püşkatmasını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində İrlandiya, İsveç, Bosniya və Herseqovinaya rəqib olan millimizin çalışdırıcısı bunları söyləyib:
“Normal qrupdu. Baxmayaraq ki, rəqiblərimiz sıradan komanda deyil. Hər şeyə rəğmən, növbəti mərhələyə çıxmağa çalışacağıq. Hələlik rəqiblər haqda ətraflı məlumatımız yoxdu. Amma mümkün qədər çox məlumat toplamağa çalışacağıq. Aydın məsələdi ki, bütün komandalar yaxşı futbol sərgiləməyə çalışacaqlar. Həm Bosniya və Herseqovina, həm İrlandiya, həm də İsveç futbol ölkəsidi. Bu ölkələrin əsas yığmalarının son illərdəki nəticələri də göstərir ki, orda güclü inkişaf gedir. Eyni zamanda bütün yaşı qrupları üzrə də oxşar uğurlar qazanmağa çalışırlar”.