5 dekabr 2012 15:35
Poşkus: Azərbaycanlılar zəif xarakterə malikdilər
“İnter” və “Simurq”un sabiq forvardı, hazırda Rusiyanın “Sibir” klubunda çıxış edən Robertas Poşkus Azərbaycandakı karyerasından danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Azərbaycana gedərkən çox düşündünüz?
- Əlbəttə, çox düşündüm. Bu ölkə haqda heç nə bilmirdim. Azərbaycanlıları yalnız bazarda görmüşdüm. Ona görə də birinci il çox çətin oldu. Amma zaman getikcə onların həyat tərzinə alışdım və mənə daha asan olmağa başladı.

- Ordan Rusiyaya qayıtmaq şansın demək olar ki, yox idi...
- Bəli, Azərbaycandan başqa ölkə çempionatlarına çıxış əldə etmək çox çətindi. Bu, təkcə Rusiyaya aid deyil. Çünki bu ölkənin çempionatını heç kim izləmir. Mənə isə zədədən sonra forma yığmaq lazım idi, oynamaq istəyirdim. Ora da məhz buna görə yollanmışdım. Amma Rusiyaya qayıtmaq fikrim qüvvədə idi.
- Azərbaycan mətbuatının yazdığına görə bəzi yerli oyunçularla müharibə aparmısız. Hansı ki, onlar "tənbəllik” edirmişlər...
- Bunlar cənub adamlarıdılar, müftəxorluğa candırlar. Havayı yeməyi sevirlər. Əgər onları qovmasan, üstlərinə qışqarmasan, bu halda onlar tezliklə özlərini buraxarlar. Zəif xarakterə malikdilər.
- Bakı ilə bağlı hansı təəssüratlarınız qalıb?
- Bu, hələ yenilənməkdə olan şəhərdi. Orda olduğum müddətdə Bakı çox dəyişilmişdi. Elə vaxt olurdu ki, getdiyin bir yerin boş olduğunu görürdün. Amma iki həftə sonra orda nəyinsə tikildiyinin şahidi olurdun. Gözəl, sakit şəhərdi. Orda heç bir banditizm yoxdu, hamı sakitdi.

- “Sibir”ə gələndən sonra yenidən Azərbaycana qayıtmağın mümkünlüyünü qeyd etmişdiniz...
- Kim bilir ki, sabah karyeramda nələr olacaq? Bu, istisna deyil. Amma mən Rusiyada oynamağa üstünlük verirəm.
- Bakı ilə yanaşı Zaqatalada da çıxış etmisiz...
- Bu komanda Sergey Yuran çalışdırırdı. O, komandanı demək olar ki, sıfırdan qurdu. Əgər Yuran amili olmasaydı, mən ömrümdə orda oynamağa razılaşmazdım. Yurandan çox şey öyrənmişəm. Mənə onunla tanışlıq çox maraqlı idi. Mənim üçün hər şeydən önəmli olan futbol oynamaqdı. Yaşadığım şəhərin böyüklüyü və ya kiçikliyi isə o qədər də önəmli deyil.
- Yəqin ki, 20 minlik əhalisi olan bu şəhərdə sizi hər kəs tanıyırdı...
- Bəli. Orda futbolu sevirlər. Azərbaycanda mənim çoxlu dostlarım qalıb. Hərdən elə olurdu ki, restorana gedəndə hesabımı ödəyirdilər, evlərinə qonaq çağırırdılar. Zaqatala çox qonaqpərvər rayondu.