5 dekabr 2012 15:49
Nefçi artıq Milandadı
UEFA Avropa Liqasının qrup mərhələsində sabah Milanda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Neftçi” artıq mənzil başına çatıb. Azerisport.az xəbər verir ki, bu gün komandamızın oyunun keçiriləcəyi “Cüzeppe Meatsa” stadionunda məşqi nəzərdə tutulub.
Komandamız Bakı vaxtı ilə saat 22:00-da bu stadionda oyun öncəsi son məşqinə çıxacaq. Məşqdən yarım saat əvvəl isə komandamızın baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıracaq
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu sabah “Cüzeppe Meatsa” stadionunda keçiriləcək və saat 00:05-də start götürüləcək.
