5 dekabr 2012 16:06
Yığmamızın baş məşqçisi: Biz qrupdan birinci yerlə çıxmalıyıq
Futzal üzrə Azərbaycan yığmasının məşqçisi Joze Alesio AÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində Slovakiya, Bosniya və Herseqovina və F qrupundan gələcək Danimarka, İsveçrə, Albaniya və Norveçdən birinə rəqib olacaq yığmamızın çalışdırıcısı bunları söyləyib:
“Püşkdən şikayətlənmək günah olardı. Bizə kifayət qədər keçiləsi komandalar düşüblər. Yaxın dostlarımdan aldığım məlumata görə, bosniyalılar hazırda heç də yaxşı günlərini yaşamırlar. Slovakiya mini-turnirin ev sahibi olacaq. Amma onları da məğlub etmək olar. Qrupdan çox güman ki, Norveç çıxacaq. Halbuki, bu komanda da heç vaxt güclü rəqiblərdən hesab olunmayıb. Biz isə bu qrupdan birinci yerlə çıxmalıyıq”.