5 dekabr 2012 16:28
Yığmamız 2012-ci ilə yekun vurdu
Futbol üzrə Azərbaycanın əsas yığma komandasının Bakıda təşkil olunan təlim-məşq toplanışı bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, üç gün ərzində baş tutan bu toplanış dövründə baş məşqçi Berti Foqts əsasən gənc futbolçuları sınaqdan keçirib.
Qeyd edək ki, Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı 2013-cü il yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmibliklərinin Dubay şəhərində təşkil olunacaq. Hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
