5 dekabr 2012 16:39
Yığmamız Bakıda iki sınaq matçı keçirəcək
Futzal üzrə Azərbaycan yığmasının Bakıda təşkil olunan seleksiya xarakterli təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, baş məşqçi Joze Alesio hazırlıq prosesi çərçivəsində yetirmələrini sınaq matçında da yoxlamaq istəyir.
Qeyd edək ki, braziliyalı mütəxəssis bu toplanışda həm əsas heyət oyunçularını, həm də birinci divizionda çıxış edən klublarda top qovan futzalçılarını milliyə dəvət edib. O, dekabrın 7-də və 8-də baş tutacaq yoxlama oyunlarında da məhz bu futbolçular arasında ikitərəfli oyunlar keçirməyi planlaşdırır.
