5 dekabr 2012 16:55

Mahir Şükürov: Biz Milanda qələbəyə oynayacağıq

“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Milandan hansı nəticəylə dönəcəyinizə ümid edirsiz?
- Biz bu çətin səfərdə yaxşı nəticə qazanmaq istədiyimizi gizlətmirik. Çünki burda qazanacağımız istənilən nəticə tarixi bir uğur olacaq. Biz qələbə də qazana bilərik, uduza da. Amma bunların hamısına layiqli şəkildə nail olmaq istəyirik.
 
- Bunun üçün nə lazımdı?
- Sadəcə əvvəlki oyunlarda sərgilədiyimiz kimi oynamaq. Komanda oyunu sərgiləməliyik. Ələ düşən şanslardan yararlanmalıyıq.
 
- Sizcə, əvvəlki oyunlardakı kimi futbol nümayiş etdirmək Milanda uğur qazanmaq üçün yetərli olacaq?
- Fikrimcə, əvvəlki oyunlarda “İnter”ə məğlubiyyəti nəzərə alsaq, hər şey qaydasında idi. Həmin oyunda da bir neçə kobud səhvə yol verdik ki, nəticədə qapımızda üç qol gördük. İkinci hissədə isə özümüzə gəldik və normal futbol oynadıq. Bir qol vursaq da, artığına gücümüz çatmadı.
 
- “İnter”in bu dəfə ikinci heyətlə oynamasını gözləmək olar?
- Bu, o qədər də önəmli deyil. İstənilən halda biz qələbəyə oynayacağıq. Bilirik ki, rəqib də bunun üçün çalışacaq. Fikrimcə, onlar bizdən çəkinirlər.

- Demək olar ki, əsas güc müdafiə xəttinin üstünə düşəcək?
- Bəli, “İnter” çox hücum edəcək. Biz isə öz şansımızı əks-hücumlarda axtarmalı olacağıq. Bizim gənc futbolçularımız üçün bu oyun özlərini yaxşı tərəfdən göstərmək şansıdı.
 
- “Qarabağ”a 0:1 hesablı məğlubiyyəti unutmusuz?
- Fikrimcə, hə. Özü də mən həmin oyunda daha yaxşı oynadığımızı düşünürəm. Baxmayaraq ki, fərqlənə bilmədik. “Qarabağ” qol vurandan sonra tam müdafiəyə çəkildi.

- Berti Foqts bildirib ki, “Neftçi” – “Qarabağ” matçının yalnız ilk yarım saatında futbol görüb...
- Biz öz oyunumuzu göstərirdik. Sadəcə, Nadirovun qoluna cavab verə bilmədik.
 
- Avroliqada “Neftçi”nin qollarını yalnız Kanaleslə Flavinyo vurur. Azərbaycanlı futbolçular nə vaxt fərqlənəcəklər?
- Əlbəttə. Mən də fərqlənə bilərəm. Lakin daha önəmli olan komandanın uğurudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.