6 dekabr 2012 18:14
Qurban Qurbanov: Qarabağ Kəpəzə çətinliklə qol vurur
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, sabah baş tutacaq qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Bu görüşə əsas hazırlıqları dünən və bu gün həyata keçirmişik. Fikrimcə, pis alınmayıb. Bizi çətin oyunla qarşılaşma gözləyir. Onlarla artıq iki dəfə qarşılaşmışıq. Həmin oyunlarda çox çətinliklə qol vurmuşuq. Çünki “Kəpəz” müdafiə olunmağı bacarır. Bizim işimizi ağırlaşdıran əsas məqamlardan biri də gəncəlilərin itiriləsi heç nəyinin olmamasıdı. Onlar da qələbə qazanmaq istəyəcəklər. Buna baxmayaraq, bizə bu görüşü qələbə ilə başa vurmaq lazımdı”.