6 dekabr 2012 18:29
Bojidar Bandoviç: Keyfiyyətli oyun oldu
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 6-cı turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Keyfiyyətli oyun oldu. Komandamız taktiki cəhətdən yaxşı oynadı. Gözəl qol vursaq da, qələbəni sonadək saxlaya bilmədik. Rəqibi əks-hücumlarda tuta bilərdik. Hər iki komandanın yaxşı oynadığını düşünürəm”.
