6 dekabr 2012 18:35
Karles Bakes: Qol imkanlarına görə qələbəyə layiq tərəf idik
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 6-cı turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin ispaniyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Həmkarımla razıyam, hər iki komanda taktiki cəhətdən gözəl oyun göstərdi. Qol imkanlarına görə qələbəyə layiq tərəf idik. Rəqibin mümkün əks-hücumlarının qarşısını almaq üçün çalışmışdıq. Hücumlar zamanı cinahlardan daha çox istifadə edirik, lakin bitirici vuruş alınmır. Gərək on qol epizodu yaradaq ki, bunun birindən yararlana bilək. Bunu aradan qaldırmaq üçün məşqlərdə daha çox işləməli, sona kimi hazırlaşmalıyıq”.
