7 dekabr 2012 00:26

Dörd günlük tur

Həftəsonu Topaz Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun baş tutacaq 6 oyunu 4 gün ərzində keçiriləcək.
 
İlk oyun günündə cəmi bir görüş baş tutacaq. Turun açılış matçında “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Hər 2 komanda tarixindəki 37-ci duelə 15-ci qələbə üçün çıxacaq. Qələbə sayındakı bərabərliyə baxmayaraq “Kəpəz” top fərqində böyük üstünlüyə malikdi. Lakin Gəncə təmsilçisi 10 ildi “Qarabağ”ı məğlub edə bilmir. Bu müddətdə rəqiblər 12 dəfə üz-üzə gəliblər. Elə cari mövsümdə də Gəncə təmsilçisi “Qarabağ”ı evdə məğlub edə bilməyib. Çempionat oyununda qolsuz heç-heçə qeydə alınmışdı. Kubokda isə ağdamlılar 2:0 hesabıyla üstün olmuşdu. Ağdam təmsilçisinin doğma meydanda növbəti qələbəsini qazanması ehtimalı böyükdü. Sonuncu pillədə qərarlaşan Mahmud Qurbanovun yetirmələri isə uğursuz gedişata son qoymaq üçün mütləq xal və ya xallar qazanmalıdı.
 
İkinci oyun günündə də bir qarşılaşma izləyəcəyik. Sumqayıtda bu şəhərin eyniadlı təmsilçisi “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bernard Raabın komandası son dövrlər ardıcıl məğlubiyyətlərə üzülür. Ona görə də “Sumqayıt” bu görüşə dönüş nöqtəsi gözüylə baxır. Maraq üçün qeyd edək ki, “Qəbələ” də son turda evdə “Bakı”ya uduzub. Ona görə də Ramiz Məmmədovun komandası Sumqayıtda autsayderi məğlub etməklə vəziyyəti düzəltməyi hədəfləyib. Bu komandaların indiyəqədərki görüşlərində maraqlı statistika var. 4-cü qarşılaşmayadək baş tutan bütün görüşlərdə “Qəbələ” qalib gəlib. “Sumqayıt” bütün görüşlərdə 1 qol vuraraq məğlub olub. Elə ilk dövrədə Qəbələdə keçirilən görüşdə də sumqayıtlılar 1:4 hesabıyla uduzmuşdular.

Üçüncü oyun günündə də bir qarşılaşma keçiriləcək. Paytaxt derbisində “İnter” AZAL ilə üz-üzə gələcək. Son 4 matçda heç-heçə edən paytaxt klubları 18-ci duelə eyni sayda qələbə ilə çıxır. Lakin top fərqində AZAL-ın üstünlüyü var. Bu mövsüm baş tutan ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. “Təyyarəçilər” son dövrlər uğursuz çıxış etsələr də, son turda səfərdə “Xəzər Lənkəran” üzərində qələbə qazanmaqla komandadakı atmosferi xeyli yaxşılaşdırmış oldu. Amma Vaqif Sadıqovun yetirmələri üçün “bankirlər” üzərində qələbə qazanmaq çətin olacaq. Çünki bu komanda hazırda turnir cədvəlinin lideridi və derbidə də əsas favorit hesab olunur.

Turun qalan oyunları isə bazar ertəsi keçiriləcək. Turun ən prinsipial görüşlərindən biri Zaqatalada baş tutacaq. Burda çempionatın digər lideri “Simurq” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Son qarşılaşmada rəqibini məğlub edən (2:0) Zaqatala təmsilçisi 14-cü oyunadək qazandığı yeganə qələbəni cari mövsüm əldə edib. Böyük üstünlüyə malik “Xəzər Lənkəran” rəqibinə səfərdə uduzmamaqla yanaşı rəqib meydanındakı son 4 oyunun hər birində 2 qol vurub. Amma bu dəfə eyni uğuru təkrarlamaq çox çətin görünür. Çünki “ağ-yaşıllar” cari mövsüm çox uğursuz çıxış etdiyi halda Goergi Çixradzenin yetirmələri çempionatın əksər iştirakçılarına yuxarıdan aşağı baxır.
 
Cari mövsümün digər sürpriz komandası - “Turan” Tovuzda “Bakı”nı qəbul edəcək. Paytaxt təmsilçisi bütövlükdə cari mövsümdə pis təsir bağışlasa da, son oyunlarında yüksəlişdədi. Amma Bojidar Bandoviçin komandasını çox ciddi sınaq gözləyir. Əfqan Talıbovun gəlişindən sonra uğurları sıralamaqda olan Tovuz klubu “zolaqlılar”ı doğma meydanda qəbul etdiyindən, növbəti dəfə sürprizə imza atmağa yaxındı. Baxmayaraq ki, “Bakı” 33-cü duel ərəfəsində böyük üstünlüyə malikdi. 7 ildir rəqibini uda bilməyən “Turan” son 14 oyunda cəmi 2 xal qazanıb. Tovuzdakı son 7 qarşılaşma isə qonaqların qələbəsi ilə başa çatıb. İlk dövrədə Bakıdakı görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
 
Nəhayət, turun qapanış matçında “Neftçi” “Rəvan”la üz-üzə gələcək. Əvvəlki 3 oyunda heç-heçə etməyən rəqiblərin duellərində 1 tendensiya qeydə alınıb. Belə ki, qol vuran komanda quru hesabla qalib gəlib. Ötən mövsüm baş tutan görüşlərdə son ölkə çempionu minimal hesablı qələbələrə sevinmişdisə, bu mövsümün ilk dövrəsindəki qarşılaşmada “Rəvan” 2:0 hesablı gözlənilməz qələbə qazanmışdı. İndi Böyükağa Hacıyevin komandası həmin yenilginin qisasını almağa çalışacaq.
 
Topaz Premyer Liqası
16-cı tur
7 dekabr (cümə)
 
16:00. Qarabağ – Kəpəz
Hakimlər: Rauf Cababrov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. T.Bəhramov adına Respublika stadionu,
 
8 dekabr (şənbə)
 
14:00. Sumqayıt – Qəbələ
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Bayıl Arena.
 
9 dekabr (bazar)
 
15:15. İnter – AZAL
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. “Şəfa” stadionu.
 
10 dekabr (bazar ertəsi)
 
14:00. Turan – Bakı
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Tovuz. Şəhər stadionu.
 
16:00. Simurq – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Şəhər stadionu.
 
18:00. Neftçi – Rəvan
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. 8-ci kilometr stadionu.
 
1 İnter 14 7 5 2 15 6 +9 26
2 Simurq 15 7 5 3 17 9 +8 26
3 Qarabağ 15 6 6 3 19 15 +4 24
4 Qəbələ 15 6 4 5 18 17 +1 22
5 Neftçi 12 7 0 5 26 15 +11 21
6 XL 15 5 5 5 20 14 +6 20
7 AZAL 14 5 5 4 19 15 +4 20
8 Turanz 15 5 4 6 19 20 –1 19
9 Bakı 14 3 8 3 14 11 +3 17
10 Rəvan 15 4 4 7 14 23 –9 16
11 Sumqayıt 15 3 5 7 12 28 –16 14
12 Kəpəz 15 2 3 10 9 29 –20 9
 
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.