6 dekabr 2012 21:34
Aslan Kərimov: Neftçinin Milanda qələbə qazanması real görünmür
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Kərimov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Yəqin ki, “İnter” “Neftçi” ilə oyunda əsas heyət oyunçularına güvənməyəcək. Gənc futbolçularına şans verməyə çalışacaqlar. Buna baxmayaraq, mən komandamızın Milanda qələbə qazanacaq gücdə olduğunu düşünmürəm. Bu, real görünmür. “Neftçi” maksimum bir xal qazana bilər”.
