6 dekabr 2012 11:14

Flavinyo: Neftçiyə keçəndə İnterə qarşı oynayacağımı arzulaya da bilməzdim

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”i ilə son oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”lə oyundan nə gözləyirsiz?
- Biz indi “Qarabağ”a məğlubiyyəti tam olaraq unudub “İnter”lə görüşə köklənməliyik. Mənə elə gəlir ki, Avropa Liqasındakı oyunumuz daha yaxşı alınacaq. Avroliqanın qrup mərhələsinə düşmək Azərbaycan futbolu və “Neftçi” üçün önəmli hadisədi. Ola bilər ki, avrokubok oyunlarına maksimum köklənməyə çalışdığımızdan çempionata bir o qədər də lazımi diqqət ayıra bilmirik. Lakin bu, bizim üçün ilk dəfə qazandığımız bir təcrübədi. Bir neçə cəbhədə mübarizə aparmağı öyrənməliyik. “İnter”lə oyundan da yaxşı oyun gözləyirəm. Demirəm qələbə qazanacağıq. Çünki “İnter”i səfərdə yenmək çox çətindi. Lakin ən azından yaxşı futbol sərgiləmək istəyirik. Bizə qol vurmaq lazımdı.
 
- Milanlılar meydana heç də optimal heyətlə çıxmayacaqlar...
- Bizə qarşı təcrübəli bir komanda oynayacaq. Şəxsən mənim mövqeyimdə Conatan çıxış edir. “Partizan”ın qapısına vurduğum qoldan sonra “Bakı” ilə görüşdə də fərqləndim. Belə qollar məndə həmişə özünəinamı daha da artırır.
 
- Sizin qarşınızda geniş meydan olanda daha yaxşı təsir bağışlayırsız. Amma rəqib futbolçular sizi addım-addım izlədikdə sanki oyundan düşürsüz...
- Azərbaycan çempionatında hərəkət etmək mənə çox çətindi. Çünki mənim mövqeyimdə birdən-birə iki futbolçu çıxış edir. Ona görə də mövqeyimi dəyişməli oluram, cinahlara keçirəm.
 
- “Cüzeppe Meatsa”da da elə olacaq?
- Fikrimcə, burda məni Premyer Liqadakı kimi bağlamazlar. Onlar Bakıda bizə üç qol vurmuşdular. Biz isə ələ düşən şansları dəyərləndirə bilməmişdik. Milanda belə etməməliyik.
 
- Milanda meydana çıxmaq sizin üçün şansdı?
- Azərbaycana gələndə “İnter”ə qarşı oynayacağımı heç arzulaya da bilməzdim. Amma indi “Cüzeppe Meatsa”da matça çıxacağam.
 
- Avroliqada “Neftçi”nin bombardiri olacaqsız, yoxsa Kanales?
- Mən bunun əleyhinə olmazdım. Amma problem yoxdu. Əgər imkan düşsə, Kanalesə ötürmə etməyə də hazıram (gülür). Ciddiyə qalsa, kimin qol vurmasının fərqi yoxdu. Əsas komandanın uğurudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.