6 dekabr 2012 11:58
Neftçini Milanda yüzə yaxın azarkeş dəstəkləyəcək
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi səfər matçında dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ı “Cüzeppe Meatsa”da yüzə yaxın həmyerlimizin dəstəkləməsi gözlənilir.
Onların da yalnız Avropanın müxtəlif ölkələrindən gələcək həmyerlilərimiz olacağı bildirilir. Məsələn, Polşa, Böyük Britaniya və digər ölkələrdə yaşayan futbolsevərlərimizin “Neftçi”yə dəstək verməsi istisna deyil.
