6 dekabr 2012 12:08
Partizanın futbolçuları Rubinlə oyuna çıxmaq istəmir
Serbiyanın “Partizan” klubunun futbolçuları Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı oyuna çıxmaya bilər. Azerisport.az xəbər verir ki, buna Belqrad klubunda maaşların gecikdirilməsi səbəb göstərilir.
Məsələ burasındadı ki, futbolçular hələ də ötən aylardan qalma pullarını ala bilməyiblər. Rəhbərlik ilin sonuna qədər bütün borclarının ödəniləcəyini bildirib. Amma komanda üzvləri buna rəğmən “Rubin”lə görüşə çıxmayacaqlarını bildiriblər. Onlar ən azı ilin sonunda bütün borclarının ödəniləcəyinə dair zəmanət almaqda iddialıdılar.
Qeyd edək ki, “Partizan”ın “Rubin”lə oyunu bu gecə Bakı vaxtı ilə saat 00:05-də start götürməlidi.
