6 dekabr 2012 12:17
Neftçi Kadırov Kubokuna dəvət olundu
Azərbaycan çempionu “Neftçi” Kadırov Kubokuna dəvət olunub. Azerisport.az xəbər verir ki, sözügedən turnir 2013-cü ilin yanvar ayında Antalyada keçiriləcək.
Lakin paytaxt klubunun rəhbərliyi hələlik bu turnirdə iştirakla bağlı yekun qərarı qəbul etməyib. Heç turnirin digər iştirakçılarının da siyahısı dəqiqləşməyib.
Maraq üçün xatırladaq ki, sözügedən turnirin bu ilin yanvar ayında baş tutan oyunlarında “Neftçi” də iştirak etmişdi. Komandamız üçüncü yeri tutmuşdu.
