7 dekabr 2012 00:17
Azərbaycanın AÇ-2020 ilə bağlı arzuları suya düşdü
UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrin yekununda UEFA prezidenti Mişel Platininin oyunların ilk dəfə olaraq Avropanın fərqli ölkələrinin şəhərlərində keçirilməsi ilə bağlı ideyası dəstək tapıb. Onun bu ideyasını demək olar ki, əksəriyyət dəstəkləyib.
Bununla da Azərbaycan və Gürcüstanın AÇ-2020-ni birgə qəbul etmək istəyinin üstündən xətt çəkilib.
Qeyd edək ki, hələlik yarışların neçə ölkədə keçirəcəyi məlum deyil. Çempionatın oyunlarını qəbul edəcək şəhərlərin adlarına 2014-cü ildə aydınlıq gələcək.
