7 dekabr 2012 00:35

AFFA AÇ-2020 üçün Bakı şəhərinin namizədliyini irəli sürəcək

AFFA bəyanat yayıb. Azerisport.az həmin bəyanatı olduğu kimi təqdim edir:

“Əvvəlcədən bildirildiyi kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Gürcüstan Futbol Federasiyası ilə birlikdə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Futbol Çempionatını təşkil etmək təklifini irəli sürüb və bununla bağlı tenderdə iştirak etməyə hazır olduğunu elan edib. UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında AVRO-2020-nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi ilə bağlı qərar qəbul edildi. UEFA və UEFA-ya üzv ölkələrin nümayəndələri ilə əvvəlki görüşlərdə bizim assosiyasıyamız bu innovativ ideyanı dəstəkləyib. Çünki hesab edirik ki, AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ümumi bayram olacaq və nəinki bir və ya iki ölkəyə, eyni zamanda bir çox ölkələrə oyunun əzəmətini hiss etmək imkanı verəcək . Ərizə formasının qısa müddətdə xeyli dəyişiləcəyini nəzərə alaraq, AFFA 2020-ci il Avropa çempionatının təşkilatçı şəhərlərindən biri olmaq üçün Bakı şəhərinin namizədliyini irəli sürmək və müvafiq olaraq sifariş prosesində iştirak etmək barədə qərar qəbul edib.
 
Bakı son bir neçə il ərzində xeyli inkişaf edib və böyük beynəlxalq tədbirlərin keçirlməsinə hazır şəhərdir. Buna nümunə kimi bu yaxınlarda Bakıda keçirilmiş möhtəşəm Eurovision müsabiqəsini və şəhərimizin sakinlərinin və qonaqlarının xatirəsində böyük futbol tədbiri kimi qalmış FİFA U-17 qadınlararası Dünya Çempionatını göstərmək olar. Bizim gözəl şəhərimizdə yeni və geniş yolların daxil olduğu müvafiq infrastruktur, rahat ictimai nəqliyyat və memarlıq baxımından çox gözəl metropoliten (ümumilikdə 23 stansiya) mövcuddur. 2012-ci il şəhərimizdə yalnız idman ili yox, həm də beşulduzlu lüks otellərin (Hilton Baku, Four Seasons, Abşeron Marriot, Jumeirah Beach Hotel və s.) açılış ili oldu. Bu yaxınlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı təmir olunub və aeroportun yeni binasının inşasına başlanılıb. Çox sayda restoran və kafelər müştərilərə yüksək səviyyəli xidmətə hazırdır.
 
Ötən il futbol baxımından vacib məqamlardan biri isə təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyevin, FİFA-nın prezidenti Joseph S. Blatterin və UEFA-nın prezidenti Mişel Platininin iştirak etdiyi 65.000 nəfər azarkeş tutumuna malik olacaq gözəl bir stadionun inşasının başlanması oldu. Stadionun tikintisi 2015-ci ildə başa çatacaq. Bundan əlavə, Bakıda istər təbii, istərsə də süni ot örtüklü kifayət qədər yeni stadion və məşq meydançası mövcuddur.
 
Dövlətin dəstəyi ilə ən nümunəvi çempionatlardan biri kimi qiymətləndirilmiş FIFA U-17 qadınlararası Dünya Çempionatının keçirilməsinə nail olduq. Biz əminik ki, dövlətin dəstəyi sayəsində bizim şəhərimiz AVRO-2020-nin təşkilinə namizədlərlə layiqincə rəqabət apara bilər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev sifariş proseduruna uyğun şəkildə fəaliyyət göstərməsini, müvafiq sənədlərin hazırlanmasını və İşçi Qrupun siyahısının təqdim olunmasını baş katib Elxan Məmmədova həvalə edib”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.