6 dekabr 2012 12:46
Nazim Süleymanov: İnterə Milanda qol vuracaq futbolçumuz tarixə düşəcək
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Neftçi” oyunu öncəsi Milanda azerisport.az saytının suallarını cavablandırıb.
- İnformasiya toplamağa hazırlaşdığınız futbolçuların adlarını açıqlaya bilərsiz?
- Xeyr. Qoy bu kiçik bir sirr kimi qalsın. Amma əslində burda böyük bir sirr yoxdu. “Neftçi”nin istənilən azərbaycanlı futbolçusu yığmamıza namizəddi. Buna görə də Berti Foqts məni bura göndərib ki, onlar haqda lazımlı informasiya əldə edək.

- Siz ilk dəfə deyil klublarımızla belə səfərlərə çıxırsız. Əsasən nələrə diqqət yetirirsiz?
- Hər şeyə. Hansısa futbolçunun təkcə meydanda sərgilədiyi oyunla kifayətlənmirik. Bizi həm də futbolçuların məşqlərdə necə çalışması, kollektivdə özünü necə aparması da maraqlandırır.
- “İnter” – “Neftçi” oyununa proqnozunuz...
- Mən bunu sevmirəm. Amma bir şeyi bilirəm ki, “Neftçi”nin hər futbolçusu yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək. Yenidən hansısa Azərbaycan klubunun avrokuboklarda nə vaxtsa “İnter”lə oynayacağı bilinmir. Ona görə də bu oyunda tarixə düşmək lazımdı. Xüsusilə də gənc futbolçular. Təsəvvür edin ki, onlardan hansısa “Cüzeppe Meatsa”da qol vurur. Həmin futbolçu tarixə düşəcək. Hansısa futbolçumuz bir də nə vaxt belə bir stadionda qol vurmaq şansı qazanacaq?
- “İnter”in bu oyuna ciddi əhəmiyyət vermədiyi haqda söhbətlər diqqət çəkir...
- Mən ikinci heyətin nə demək olduğunu bilmirəm. Xüsusilə də “İnter” kimi nəhəng klublarda ikinci heyət anlayışı yoxdu. Sadəcə, əsas heyətə düşməyə çalışan futbolçular ola bilər. Rəqib baş məşqçinin bu oyuna kimləri çıxaracağını isə heç kim deyə bilməz. Heç mən Böyükağa Hacıyevin də hansı heyətə üstünlük verəcəyini bilmirəm. Əsas oyunun necə olacağı, hansı hesabla bitəcəyidi.
- Sizcə, “Neftçi”nin heyətində hansı futbolçular bu matçın taleyini müəyyənləşdirə bilər?
- Flavinyo və Kanalesdən qol gözləmək olar. Elə Cavid İmamverdiyevlə Rəşad Sadiqovan da. Vobayı da unutmamaq lazımdı.
- Flavinyo və Kanalesdən qol gözləmək olar. Elə Cavid İmamverdiyevlə Rəşad Sadiqovan da. Vobayı da unutmamaq lazımdı.
- Son oyun öncəsi komandamızın bütövlükdə Avroliqadakı çıxışını necə qiymətləndirərdiniz?
- “Neftçi” qrup mərhələsinə vəsiqə qazanmaqla hamımızı sevindirdi. Hər qazanılan xal isə futbolumuzun imicinə müsbət təsir göstərir. Komandanın hər oyununu izləmişəm və deyə bilərəm ki, “Neftçi” demək olar ki, eyni cür oynayıb. Məni sadəcə “Partizan”la ev oyunu məyus etdi.

- Qələbə hesabını qoruya bilmədiklərinə görə?
- Xeyr. Sadəcə, həmin oyuna çox az azarkeş gəlmişdi. Çox istərdim ki, həmin görüşdə azarkeşlər stadionu doldursun. Amma bunu görmədik.
- Xeyr. Sadəcə, həmin oyuna çox az azarkeş gəlmişdi. Çox istərdim ki, həmin görüşdə azarkeşlər stadionu doldursun. Amma bunu görmədik.