7 dekabr 2012 00:44
Kəpəz Bakıya gəldi
“Kəpəz” ötən gün “Qarabağ”la oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, məşq prosesi Gəncə şəhər stadionunun əsas meydançasında reallaşıb.
Məşq saat 11:30-da başlayıb. Yüngül xarakter daşıyan hazırlıqda əsasən toplu çalışmalara üstünlük verilib. Məşqin ardından nahar edən komanda saat 14:00-da bazanı tərk edərək, Bakının yolunu tutub. Komanda kluba məxsus avtobusla paytaxta yollanıb.
“Kəpəz” Bakıda “Araz” otelində qalacaq.
