6 dekabr 2012 13:03
Türkiyə kubokunda son dörd xoşbəxtin də adı müəyyənləşdi
Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələnin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, nəhayət növbəti mərhələyə yüksələn son dörd komandanın da adı bəllidi.
Son oyunların ardından “Gaziantepspor”, “Bursaspor”, “Kasımpaşa” və “Karabükspor” da mərhələ adlamağın sevincini yaşayıb.
Qeyd edək ki, bu mərhələnin digər oyunları ötən ayın sonunda keçirilmişdi.
Türkiyə Kuboku
4-cü mərhələ
4 dekabr
Bozuyukspor – Gaziantepspor – 1:2
Nazilli Belediyespor – Bursaspor – 0:3
5 dekabr
Kasımpaşa – Bayrampasa – 3:1
Gaziantep BB – Karabükspor – 1:2
