7 dekabr 2012 01:12
Kəpəzə Qarabağla oyun öncəsi şad xəbər
“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Pərvin Paşayev məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, sağ diz oynağındakı meniskdən əməliyyat olunan yarımmüdafiəçı bir ay yaşıl meydanlardan uzaq qalıb.
Paşayev artıq yüngül formada məşq edir. O, gündəlik qaçmaqla yanaşı, həkim nəzarəti altında müəyyən bərpaedici hərəkətləri yerinə yetirir.
