6 dekabr 2012 13:23
İtaliya kubokunda 1/8 finalın bütün cütlükləri bəlli oldu
Futbol üzrə İtaliya kubokunda təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, artıq təsnifat mərhələsinin dekabr ayına təsadüf edən son iki oyunu da keçirilib.
“Catania” “Cittadella” ilə ev oyununda çətinliklə də olsa, əlavə vaxtda qələbəni təmin edib və növbəti mərhələyə çıxıb.
“Cagliari” isə “Pescara”nı məğlub etməklə ən güclü 16 klub arasında yer almağı bacarıb.
Qeyd edək ki, bu mərhələnin digər oyunları ötən ay keçirilmişdi.
İtaliya kuboku
Sonuncu təsnifat mərhələsi
4 dekabr
Catania – Cittadella – 3:1
5 dekabr
Cagliari – Pescara – 4:2
Beləliklə, İtaliya kubokunun 1/8 finalında aşağıdakı cütlüklər qarşılaşacaq:
Inter – Verona
Napoli - Bologna
Roma - Atalanta
Udinese - Fiorentina
Lazio - Siena
Parma - Catania
Milan - Reggina
Juventus - Cagliari
