6 dekabr 2012 13:34
Mahmud Qurbanov: Neftçinin Milanda heç-heçə etmək şansı var
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Çətin oyun olacaq. Hətta “İnter” bu oyuna ehtiyat heyətlə də çıxsa, komandamız üçün asan olacağını düşünməyə dəyməz. “Neftçi” onsuz da qrup mərhələsinə çıxmaqla yaxşı nəticəyə imza atıb. Lakin mənə elə gəlir ki, komandamızın son oyunda heç-heçə etmək şansı da var”.