6 dekabr 2012 14:05
“İnter Neftçiyə qarşı gəncləri oynadacaqsa, bu, komandamıza asan olacağı anlamına gəlməməlidi”
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu oyun həm klub, həm də futbolçular üçün bir məktəbdi. Düzdü, yaxşı nəticə komandamızı növbəti mərhələyə çıxarmayacaq. Amma üçüncü yer uğrunda mübarizə aparmaq olar. Avroliqanın qrup mərhələsindəki ilk möcsümdəcə belə bir uğura imza atmaq böyük şeydi. Baxmayaraq ki, “Neftçi” artıq öz vəzifəsinin öhdəsindən layiqincə gəlib. Əgər “İnter” bu oyuna gənc futbolçularını buraxmağa hazırlaşırsa, bu, komandamıza asan olacağı anlamına gəlməməlidi. Çünki rəqibin gənc futbolçuları daha güclü motivasiya ilə oynayacaqlar. Belədə rəqib sadəcə ustalıq səviyyəsinə görə “Neftçi”yə uduza bilər ki, bundan da istifadə etmək lazımdı. Komanda öz oyununu göstərməlidi. Əgər az səhv etsələr, yaxşı nəticə qazana bilərlər”.
