7 dekabr 2012 02:08
Partizan Neftçinin üçüncü yeri tutmasına imkan vermədi
Avropa Liqasının qrup mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin yer aldığı H qrupunda daha bir görüş baş tutub.
Belə ki, qrupun vahid lideri “Rubin” (Rusiya) səfərdə “Partizan”la üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb.
Belə ki, qrupun vahid lideri “Rubin” (Rusiya) səfərdə “Partizan”la üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb.
Qeyd edək ki, “Neftçi” də səfərdə Milan “İnter”i ilə (İtaliya) qollu heç-heçə edib. Təəssüf ki, bu tarixi uğur komandamızı qrup sonunculuğundan xilas etməyib.
Avropa Liqası
H qrupu
6 dekabr
Partizan – Rubin – 1:1
Qollar: Markoviç, 53 – Rondon, 59.
| 1 | Rubin | 6 | 4 | 2 | 0 | 10 | 3 | +7 | 14 |
| 2 | Inter | 6 | 3 | 2 | 1 | 11 | 9 | +2 | 11 |
| 3 | Partizan | 6 | 0 | 3 | 3 | 3 | 8 | –5 | 3 |
| 4 | Neftçi | 6 | 0 | 3 | 3 | 4 | 8 | –4 | 3 |
